"İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici söhbət

    Məktəbdə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2020-2024 illər) müvafiq bəndinin icrası məqsədi ilə məktəbin psixoloqu Cəmilə Əlvəndova IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirtdi. Məktəbin psixoloqu çıxış edərək şagirdlərə insan alverinin bütün dünyada aktual problem olduğunu, bu istiqamətdə ölkəmizdə fəaliyyət proqramlarının qəbul olunduğu barədə məlumat verdi. Çıxışında şagirdlərə insan alverinin qarşısının alınması, gözlənilən təhlükələr və qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verdi. Psixoloq şagirdlərə respublikada insan alveri qurbanları üçün sığınacaqların, reablitasiya mərkəzlərinin fəaliyyət göstərdiyinin və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi