"Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi

    Noyabr 20- də "Ailəm və məktəbim" layihəsi çərçivəsində məktəbin psixoloqları Cəmilə Əlvəndova, Könül Qalamova, Aydan Osmanova tərəfindən VII, VIII, IX sinif şagirdlərinin valideynləri ilə "Valideynlərin təklif və fikirlərinin öyrənilməsi" mövzusunda görüş keçirilib. Görüşün keçirilməsinin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və məktəb arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarət olub. Psixoloqlar qeyd edib ki, ailədə yaranan psixoloji iqlim insanın xoşbəxtliyinin və rifahının əsas meyarıdır. Ailə xoşbəxtliyinin davamlılığı, ailədaxili münasibətlərin səmimiliyi məhz ailənin müsbət emosional iqlimindən asılıdır. Valideynlər övladları ilə olan problemlərdən danışıb, psixoloqlarla birgə həlli yollarını müzakirə ediblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi