Şəhidlər Xiyabanına və Qənimətlər Parkına ekskursiya təşkil edildi

  Məktəbin ibtidai sinif müəllimi Nisəxanım İsgəndərovanın təşkilatçılığı və 3 "D" sinif şagirdlərinn iştirakı ilə Şəhidlər Xiyabanına və Qənimətlər Parkına  ekskursiya təşkil edilib. Ekskursiyanın təşkil olunmasında məqsəd 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında şagirdləri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarət idi. İlk olaraq Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, məzarları önünə gül dəstələri qoyulub. Ekskursiya “Qənimətlər parkı”nda davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi