Peşə marağının və qabiliyyətlərin öyrənilməsi
Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını zərurət kimi qarşıya qoyur. Şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönəlməsi məqsədi ilə X “P” sinfində İT ixtisas müəllimi Məryəm Mürşüdlü tərəfindən xüsusi dərs keçirilib. Sonda müxtəlif ixtisaslar haqqında geniş məlumatlar verilib və şagidlərin sualları cavablandırılıb.