Məktəbin şəhid məzunu Nicat Mustafayevə həsr olunmuş tədbir keçirildi

    15.11.2023- cü il tarixində məktəbin şəhid məzunu Nicat Mustafayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, şəhid ailələri üzvləri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Qeyd edək ki, Nicat Mustafayev 8  oktyabr 2001- ci ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsi zamanı kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstələrə seçilib. İlk dəfə döyüşlərə Murov istiqamətindən başlamış, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Nicat Mustafayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi