"Qarabağın coğrafiyası" mövzusunda xüsusi dərs

8 "D" sinfində Qarabağın inzibati rayonlarının coğrafiyasına həsr olunmuş xüsusi dərs keçirilib. Şagirdlər Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd, Xocalı, Şuşanın ərazisi, iqlimi, təbii sərvətləri haqqında təqdimatlar ediblər. Qarabağ vulkanik yaylası, Topxana meşəsi haqqında məktəbin coğrafiya müəllimi verib, Azərbaycanın coğrafiyasının və ərazilərinin tarixi mənbələrdə əks olunmasına dair zəruri bilgilərlə şagirdləri tanış edib.