Şagirdlər yol hərəkəti qaydalarına dair maarifləndirilir

Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları qəzalardan qorumaq, təhlükəsizliklərini təmin etmək məqsədi ilə məktəbdə "Yol hərəkəti qaydaları" mövzusunda silsilə dərslər keçirilir. İbtidai sinif müəllimi Yaqut Məsimovanın rəhbərlik etdiyi 2 "P" sinfində şagirdlərə yol hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, bəzi məlumatverici, xəbərdarlıq və qadağan nişanları göstərilərək mənası izah edilib. Bu məlumatları yadda saxlamağın, qaydalara əməl etməyin vacibliyi şagirdlərin nəzərinə çatdırılıb. Şagirdlər yol hərəkəti qaydalarını əks etdirən nişanları çəkərək nümayiş etdiriblər.