"Şərəf dolu bayramım" adlı tədbir keçirildi.

Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tutu Əsayevanın təşkilatçılığı və 8 "E" sinfinin iştirakı ilə "Şərəf dolu bayramım" adlı tədbir keçirildi”. Tədbirdə məktəb rəhbərliyi müəllimlər, şagirdlər, valideynlər, eyni zamanda şəhid ailələri üzvləri iştirak etdilər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin şəhid məzunu Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı çıxış edərək Sentyabrın 27 - dən başlayan, 44gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrilməsindən bəhs edərək dünya azərbaycanlılarının Zəfər bayramını təbrik etdi. Tədbirdə ən yadda qalan çıxış Koroğlu uverturasının sədaları altında sinfin idmançılarının təltif olunduqları kubok və medallarla səhnəyə çıxmaları oldu. Daha sonra Zəfərə həsr olunmuş kompozisiyalar, şeirlər, mahnılar, rəqslər təqdim olundu. Tədbirin sonunda məktəbin direktoru Həqiqət Bayramova dəvəti qəbul edib gəldikləri üçün qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi