"8 Noyabr Zəfər Günü" münasibətilə Fəxri Fərman

"8 Noyabr Zəfər Günü" münasibətilə Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin rəhbərliyi və Azad Həmkarlar İttifaqı tərəfindən məktəbin müəllimləri Leyli Eyvazova, Leyla Xəlilova, Şəlalə Quliyeva, Aygün Mütəllimova "Gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi fədakar əməyi, onların təlim-tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirilməsi" yüksək qiymətləndirilərək Fəxri Fərmanla təltif edilib. Təbrik edirik!