Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Məktəbin "Gənc ekoloqlar" dərnəyinin rəhbəri Mirgüllər Xəlilovanın təşkilatçılığı və dərnək üzvlərinin iştirakı ilə 8 Noyabr- Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib. Aksiyanın təşkilində əsas məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək və eyni zamanda ekoloji tarazlığın bərpasına, ətraf muhitin qorunmasına kömək etməkdir