"7- dən 17- yə vətənpərvər! layihəsi

Məktəbin 4 "Ə" sinif rəhbəri Ülviyyə Ərəbovanın rəhbərliyi ilə şəhid Vadim Qocayevin ailəsi ziyarət edilib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə təşkil olunan ziyarətdə məktəblilər tərəfindən şeirlər səsləndirilib. Vətən müharibəsindən, şəhidin şərəfli döyüş yolundan söhbət açılıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim əziz tutulur.