"Payızın 44 anı" adlı tədbir keçirilib

    01.11.2023- cü il tarixində məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri Pakizə Seyidovanın təşkilatçılığı və dərnək üzvlərinin iştirakı ilə "Payızın 44 anı" adlı tədbir keçirilib. Əvvəlcə,  Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəb rəhbəri Həqiqət Bayramova tədbir iştirakçılarına 8 Noyabr "Zəfər Günü" və 9 Noyabr "Bayraq Günü" haqqında məlumat verərək bildirib ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Daha sonra şagirdlər Vətənə həsr olunmuş şeirlər səsləndirib, mahnılar ifa ediblər. Tədbir "Zəfər" aşıqlar qrupunun ifası ilə alışlarla sona çatıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi