"Şən startlar" adlı estafet yarışı keçirilib

27.10.2023-cü il tarixində "İdmansevərlər" layihəsi çərçivəsində məktəbin idman müəllimlərinin təşkilatçılığı ilə “Şən startlar” estafet yarışı keçirilib. Yarışda müxtəlif yaş qrupundan olan şagirdlər iştirak edib. Şagirdlərin fiziki hazırlıqlarının yoxlanılması və sağlam həyat vərdişlərinin formalaşdırılması məqsədi ilə təşkil olunan yarış şagirdlərin marağına səbəb olub.