Müstəqilliyimizin Bərpası Günü qeyd edildi

Məktəbin tarix müəllimi Leyli Eyvazovanın təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər vətən mövzulu şeirlər və mahnılar səsləndirdilər. Sonda məktəbin direktoru Həqiqət Bayramova çıxış edərək vətəni sevməyi, müstəqilliyi qorumaq üçün hər kəs öz üzərinə düşən vəzifəni şərəflə və məsuliyyətlə yerinə yetirməli olduğunu bildirdi.