Müəllimlərlə psixoloji söhbət aparıldı

Oktyabr 10- da məktəbin psixoloqları Cəmilə Əlvədova, Könül Qalamova və Aydan Osmanova tərəfindən fənn müəllimləri ilə "Psixoloji Sağlamlıq Günü" nə həsr olunmuş dəyirmi masa keçirildi. Psixoloji sağlamlığın insan həyatındakı rolundan danışıldı. Həmçinin insanın yaxın, uzaq ətrafı ilə münasibətlər qurması, bu münasibətləri qoruyub saxlaması, mənfi və müsbət tərəfləri dəyərləndirə bilməsi, insanın qarşılaşdığı çətin məqamlarda özünə güc tapmağı bacarması, insanın peşəsindən əlavə maraqlandığı, onu sakitləşdirən maraqların olması kimi məsələlərə toxunuldu