Pedaqoji Şura iclası keçirilib

29 sentyabr 2023 - cü il tarixində məktəbdə Pedaqoji Şura iclası keçirilib. Məktəbin direktoru Həqiqət Bayramova Pedaqoji heyəti salamlayıb və qarşıda duran hədəflər barədə geniş məlumatı onların diqqətinə çatdırıb. Sağlam və təhlükəsiz mühitin yaradılması, tədrisin keyfiyyətinin artırılması, tədris prosesinin həyata keçirilməsində baş verə biləcək nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə danışıb. Daha sonra məktəbin daxili intizam qaydalarına riayət olunması barədə məsələlər ışıqlandırılıb.