Pedaqoji şura iclası keçirildi
14.09.2023-cü il tarixdə Pedaqoji Şuranın iclası keçirildi. İclasda 2023-2024-cü dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər barəsində danışıldı.İslasın gündəliyində aşağıdakı məsələlər müzakirə edildi.
1) 2023-2024- cü ildə qarşıda duran məqsədlər
2) Şagirdlərdə vətənpərvərlik hissinin aşılanması istiqamətində görüləcək işlər haqqında
3) Sinif rəhbərlərinin, metodiki şuranın təsdiqi
4) Şagirdlərin dərsliklərlə təmin edilməsi və vahid məktəbli formasının təşkili
5) Cari məsələlər
Sonda müəllimləri maraqlandıran suallar ətraflı cavablandırıldı.