Məktəbimizin fəxrləri

16 yanvar 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov aprel döyüşlərində şəhid olmuş Fəxrəddin Qurbanlının doğum günü münasibətilə “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı keçirilmiş tədbirdə yaxından iştirak edən 179 №li tam orta məktəbin müəllim və şagird heyəti ilə görüş keçirmişdir. İlk öncə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şagirdləri salamlamış, onların çıxışını xüsusi vurğulayaraq göstərdikləri vətənpərvərlik nümunəsinə görə onları təbrik etmişdir. Natiq çıxışında onu da əlavə etdi ki, aprel döyüşlərində igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış Fəxrəddin kimi övladlar bu gün hər biriniz üçün nümunə olmalı və sizlər də yaxşı təhsil alaraq əsl vətəndaşlıq nümunəsini göstərməlisiniz. Məktəbimizin müəllimləri Seyidova Pakizə və Qasımova Rəşidə də öz növbələrində göstərilən diqqət və qayğıya görə təşəkkür etmiş, yeni nəslin vətənpərvər ruhda yetişdirilməsi üçün səylə çalışdıqlarını və bundan sonra çalışacaqlarını bildirmişlər. Rayon rəhbəri çıxışının sonunda rayonun şəhid övladı Fəxrəddin Qurbanlının doğum günündə onun təhsil aldığı məktəbin kollektivinin yüksək fəallıq göstərməsini yaxşı nümunə kimi göstərərək , şagirdlərə gələcək dərslərində uğurlar dilədi. Sonra çıxış edən şagirdlərimiz diqqət üçün rayon rəhbərinə təşəkkür edərək, Cənab prezidentimizin apardığı uğurlu siyasətə ən layiqli cavab olaraq yüksək təhsil uğurları ilə nümunə göstərəcəklərinə dair söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi