20 Yanvar hüzn günümüz deyil, qürur günümüzdür
Binəqədi rayonu Q.Baxşıyev adına 179№li tam orta məktəbdə müstəqilliyimizi öz qanları, canları bahasına qazanan 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbirlər keçirildi. Bununla yanaşı məktəbdə “20 Yanvar hüzn günümüz deyil, qürur günümüzdür” adlı inşa müsabiqəsi, “20 Yanvar şəhidləri şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilmiş, hər bir sinif tərəfindən 20 Yanvar haqqında divar qəzetləri tərtib olunmuşdur. Siniflərdə şəhidlərin ruhu yad edilmiş və söhbətlər aparılmışdır. Bugünkü müstəqilliyimiz şəhidlərin həyatı bahasına qazanılıb. Allah şəhidlərimizə rəhmət eləsin!