Uşaqlar bayram etdilər
Məktəbdə hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Məktəbin ibtidai sinif müəllimi Zərifə İsmayılovanın 2 "C" sinfi ilə təşkil etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha sonra məktəb rəhbərliyi tədbir iştirakçılarını salamlayıb və "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nün yaranma tarixi haqqında məlumat verib. O, çıxışında qeyd edib ki, XX əsrin 50-ci illərindən başlayaraq uşaqlara, onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılmışdır. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir. Daha sonra şagirdlər öz çıxışları ilə bayram tədbirin daha rəngarəng keçirilməsi üçün şeirlər söyləyib, rəqs ediblər. Sonda bütün şagirdlər uşaqlara həsr olunmuş "Uşaqların bayramı" mahnısını birlikdə ifa edərək, rəqs etməklə şənliyi sona yetiriblər.