II yarımil üzrə BSQ
26 may 2023-cü il tarixindən məktəbdə 2022-2023-cü tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirilmə keçirilməsinə start verilib. Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət komissiya təşkil edilib. BSQ IV,IX,XI siniflərdə bütün fənlər üzrə, digər siniflərdə isə əsas fənlər üzrə aparılır. BSQ yekunlaşdıqdan sonra şagirdlərin test cavabları komissiya üzvləri tərəfindən yoxlanılaraq qiymətləndirilir.