Valideynlərlə görüş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2023-cü il tarixli 3-29-59/3-2-170 F/2023 nömrəli əmrinə uyğun olaraq 25 may 2023-cü il tarixində məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində “Valideynin məktəbdə bir günü” həyata keçirildi. Valideynlər məktəb rəhbərliyi ilə görüşdülər, yeni yaradılməş Rəqəmsal Summativ Qiymətləndirmə Kabineti ilə yaxından tanış oldular, məktəbin tədris resursları və təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlar aldılar. Sonda istər infrastruktur istərsə də təhsil prosesinin təşkilininn təkminləşdirilməsi istiqaməti üzrə valideynlərin rəy və təklifləri dinlənildi.