Ulu Öndər Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib.
10.05.2023-cü il tarixdə məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri Pakizə Seyidovanın təşkilatçılığı və dərnək üzvlərinin iştirakı ilə "Heydər Əliyev və milli - mənəvi sərvətlərimiz" adlı tədbir keçirilib. Tədbirdə ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olunub. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun böyük məsləhətçisi, 179 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Hətəmov çıxışında qeyd etdi ki, bu gün müstəqil Azərbaycanın beynəxalq aləmdə nüfuzu və şöhrətinin durmadan artması, demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanması, Heydər Əliyev zəkasının məhsuludur. Sonda məktəbin tarix müəllimi Familə Abdullayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən, Azərbaycanın inkişafi və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərdən danışıb.