Bakı Zoologiya Parkına ekskursiya
Canlı təbiətin obyektlərini izləmə, təmas etmə məqsədilə keçirilən ekskursiyalar şagirdlərin dünyagörüşünün formalaşmasında, emosional inkişafında böyük rol oynayır.Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Ruhiyyə Həmzəyeva 3 “Q” sinif şagirdləri ilə Bakı Zoologiya Parkına ekskursiya təşkil edib. Şagirdlər Azərbaycan və dünyanın müxtəlif regionlarında yayılmış heyvanat aləmi ilə tanış olub, həmçinin antropogen landaşft, ərazi planlaşdırılması, landşaft planlaşdırılması anlayışların əyani nümunələlrini görüblər.