"Ailə kiçik bir dövlətdir" mözusunda maarifləndirici söhbət
03.05.2023- cü il tarixdə məktəbin psixoloqları Cəmilə Əlvəndova və Könül Qalamova tərəfindən VII, VIII, IX siniflərdə şagirdlərlə "Ailə kiçik bir dövlətdir" mövzusunda maarifləndirici söhbət aparılıb. Söhbət zamanı şagirdlərə müxtəlif ailə modelləri, valideyn - övlad münasibətləri haqqında geniş məlumat verilib. Sonda şagirdlərə ətrafla, valideynlərlə və müəllimlərlə ünsiyyətdə olan problemləri aradan qaldırmaq, öz çətinliklərini analiz etmək məqsədilə "Ailə profili dəyərləndirmə formu" adlı diaqnostik sorğu keçirilib.