"Every day is Earth day" adlı tədbir
Aprelin 20 - də məktəbin ingilis dili müəllimi Nəzakət Sayılovanın təşkilatçılığı və 8 "A" sinif şagirdlərinin iştirakı ilə Yer gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsindən ibarət olub. Tədbirdə şagirdlər Yer gününün qeyd etməyin və ona qayğıkeş yanaşmağın vacibliyi haqqında biliklər əldə edib. Sonda şagirdlər Yer kürəsini görmək istədikləri kimi rəngləyib, şüarlar yazıb, problemlərin həlli yollarını təklif ediblər.