Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir

     20.04.2023-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Zeynəb Dəmirovanın təşkilatçılığı və 3 "B" sinif şagirdlərinin iştirakı ilə  Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdər iştirak etdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, keşməkeşli həyatı, səmərəli fəaliyyəti, tarixi xidmətləri videoçarxlarda, şagirdlərin çıxışlarında, təqdimatlarında ətraflı şərh olundu. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun böyük məsləhətçisi, 179 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Hətəmov çıxışında qeyd etdi ki, qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı misilsiz rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində xidmətləri danılmazdır. Tədbir şagirdlərin Ulu Öndərə həsr etdikləri şeirlər, mahnılar və ədəbi - bədii kompozisiyalarla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi