IX sinif şagirdləri ilə imtahan stressi mövzusunda seminar keçirildi
13.04.2023 -cü il tarixində məktəbin psixoloqu Cəmilə Əlvəndova tərəfindən 9-cu sinif şagirdləri ilə imtahandan öncə stress və həyəcanın aradan qaldırılması mövzusunda seminar keçirilib. Şagirdlərə stressə səbəb olan faktorlar və onların aradan qaldırılması yolları barədə məlumat verilib, həyəcanı yüksək olan şagirdlərə imtahan öncəsi diqqət etməli olduqları məqamlar şərh edilib.