Şagirdlər müayinə olunurlar
Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin şagirdləri ixtisaslaşdırılmış tibbi müayinədən keçirildilər. Binəqədi rayonu 11 nömrəli Uşaq poliklinikasının həkimləri yeniyetmələr antropometriya, görmə itiliyinin təyini, eşitmə qabiliyyətinin təyini, təzyiqin ölçülməsi, dişlərin müayinəsi üzrə yoxlama apardılar. Müayinədə Nevrapatoloq, Oftalmoloq, stomatoloq həkimlər iştirak edirdi.