Fəxrimiz Fəxrəddin, səni unutmayacağıq

13.01.2017-ci il tarixində Binəqədi rayonu Q.Baxşıyev adına 179 saylı məktəbin məzunu şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi Rayon Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və 179№li məktəbin təşkil etdiyi tədbir baş tutdu. Tədbirin rəsmi hissəsində şəhidin atası Seyfəddin Qurbanlı, sinif rəhbəri Sevinc Cabarova, Azərbaycan Universitetinin dekanı Aygün Musayeva, 179№li məktəbin direktoru Almaz İsmayılova, Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov, Binəqədi rayon İcra Hakimiyyəti başcısının müavini Aygün Əliyeva çıxış etdilər. Eyni zamanda məktəbimizdə Fəxrəddin Qurbanlının ad günü münasibətilə "Fəxrimiz Fəxrəddin" adlı inşa müsabiqəsi qalibləri də məktəbimizin təsis etdiyi "Fəxrəddin Qurbanlı" diplomları ilə təltif olundular. Tədbirin bədii hissəsində 179№li məktəbin ana dili və ədəbiyyat müəllimləri Seyidova Pakizə və Qasımova Rəşidənin hazırladığı "Son döyüş" adlı kompozisiya təqdim olundu. Kompozisiyada 10B sinif şagirdləri: Həsənli Fəxri - Fəxrəddin rolunda, Nəsibov Xəyal - komandir, Babayev Allahverdi - şəhid məktubunu səsləndirən, Həsənov Şahin - çavuş, əsgərlər: Abbasov Fuad, Süleymanov Mirqafar, Cəfərov Zaur, Quliyev Firdovsi, Xosrovlu İqbal, Balaqardaşov Rəşad, XI sinif şagirdi Əliyeva Zəhra-ana rolunda, II sinif şagirdi Niftəliyev Rəfail, IX sinif şagirdi Səlimli Asunda, VI sinif şagirdi Nuruzadə Zəhra iştirak etdilər. Tədbirin sonunda Şəmistan Əlizamanlının ifası ilə çağırışçılar "Qurani-Kərim"in altından keçib, şanlı bayrağımızı öpərək and içdilər. Tədbirin aparıcıları XI sinif şagirdləri İsmayıllı Xədicə və Soltanov Nəcməddin idi. Bununla yanaşı həmin gün məktəbimizdə bütün siniflərdə şəhid haqqında söhbətlər aparılmış, şəhidin şəkli önünə qərənfillər düzülmüşdür. Biz şəhidimiz Fəxrəddinin xatirəsini həmişə əziz tutacaq, onu örnək alan şagirdlər yetişdirmək üçün çalışacağıq. Şəhidlər bizim fəxrimiz, and yerimizdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi