Elimizə Novruz gəlir

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cüil tarixli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində tədbirlər davam edir.  Məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri Pakizə Seyidovanın təşkilatçılığı və 10- cu sinif şagirdlərinin iştirakı ilə Novruz bayramı ənənələrini nümayiş etdirən "Elimizə Novruz gəlir" adlı tədbir keçirilib. Akt zalında keçən tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər. Əvvəlcə, bolluq, xeyirxahlıq bayramı olan Novruz münasibətilə tədbir iştirakçıları təbriklər səsləndirib. Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirilib. Daha sonra "Arşın mal alan" və "Qaynana" filmindən, "Gəlinlər" və "O, olmasın bu olsun" tamaşasından hazırlanan səhnəciklər, eləcə də kosa, keçəl, baharqızı personajları tədbirə xüsusi maraq qatıb. Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlər ifa edib, mahnılar səsləndirib və maraqlı idman səhnələri nümayiş etdiriblər. Şagirdlərin rəqsləri hamı tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi