Quba xanlığı: Şimal - Şərqi Azərbaycan dövləti

Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 № li tam orta məktəbin tarix müəllimi Abdullayeva Familənin 09.01.2017-ci il tarixində 8a sinfində Azərbaycan tarixi fənnindən “Quba xanlığı: Şimal - Şərqi Azərbaycan dövləti” mövzusunda açıq dərsi keçirildi. Tətqiqat qruplar arasında aparıldı. Şagirdlər mənbələr əsasında Qubalı Fətəli xanın Azərbaycan tarixində oynadığı rolu dəyərləndirdilər, birləşmənin əhəmiyyətini şərh etdilər. Mövzu müasirliklə əlaqələndirildi. 90-cı illərdə baş vermiş parçalanmaların Ümummilli liderimiz Heydər Əliyev tərəfindən alınması və siyasi sabitliyin yaranması səsləndi. Aktual mövzu olan multikulturalizmə toxunuldu və onun Azərbaycan xalqının həyat tərzi olduğu vurğulandı. Azərbaycan dini yox, dünyəvi dövlətdir. Yəhudi sinaqoqu, xristian kilsəsi, müsəlman məscidi dövlət tərəfindən eyni səviyyədə himayə olunur. Şagirdlər son nəticə kimi göstərdilər ki, güclü ordu, vahid dövlət, xalqın sıx birliyi ölkəmizi düşmənlərdən qoruyar və inkişaf etdirər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi