Ekologiya və sağlamlıq mövzulu dərslər

Məktəbin coğrafiya müəllimi Xanım Cəfərovanın təşkilatçılığı ilə 7 "Ə" sinfində Ekologiya və Sağlamlıq mözvusunda xüsusi dərs keçirilib. Dərsdə şagirdlərə sağlam qidalanmanın, ətraf aləmin ekoloji təmizliyinin vacibliyi haqqında geniş məlumat verilib, videoçarxlar göstərilib, onların təqdimatları müzakirə edilib.