Reproduktiv sağlamlıq
10.03.2023 - cü il tarixdə Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə biologiya müəllimi Samirə Nadirli və psixoloq Könül Qalamovanın təşkilatçılığı ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir. Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Sonda videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.