IX siniflər üzrə monitorinq keçirildi
6 mart 2023- cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən məktəbdə IX siniflər üzrə monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin kefiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Monitorinq tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Qeyd edək ki, sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.