İnsan həyatında idmanın rolu
Şagirdlərin idmana olan marağının artırılması,sağlam həyat tərzinin təbliği məqsədilə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində məktəbdə bir sıra tədbirlər həyata keçirildi. Estafet yarışları, rəsm sərgiləri, esse müsabiqəsi, viktorinalar, idman oyunları, qol güləşi yarışması və s tədbirlər şagirdlərin böyük marağına səbəb oldu. İdmanla mütəmadi məşğul olmaq şagirdlərdə sağlam tələbatın formalaşmasına şərait yaratdı.