Sağlam həyat tərzini şərtləndirən amillər
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması məqsədilə məktəbin biologiya müəllimi Samirə Nadirli "Sağlam həyat tərzimiz olsun" mövzusunda xüsusi dərs təşkil etdi. Şagirdlərə Sağlam həyat tərzi yaşamağın üstünlüklərindən, cəmiyyət üçün faydalı, Vətən üçün layiqli vətəndaş kimi yetişməyin gözəlliklərindən ətraflı danışdi. Dərsdə həmçinin şagirdlərlə maraqlı diskussiyalar, debatlar keçirildi.