Olimpiya oyunları uşaqların gözü ilə
Təhsil Nazirliyinin təşəbbüsü ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 27 fevral - 3 mart tarixlərində “İdman həftəsi” layihəsi çərçivəsində məktəbdə müxtəlif tədbirlər həyata keçirilir. “Mübariz, iradəli, sağlam olmaq üçün idmanla məşğul olmalıyıq” mövzusunda esselər yazılmış, ən yaxşı nümunələr seçilmişdir. “Olimpiyada oyunları uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil olunmuş, şagirdlərin əl işlərindən ibarət rəsmlər maraqla izlənilmişdir.