İdman həftəsinə start verildi
27 fevral -3 mart 2023 - cü il tarixlərində "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində məktəbdə idman həftəsi keçiriləcək. Məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. Layihə çərçivəsində tərtib edilmış proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, görüşlər, müsabiqələr, yarışlar şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək. Hər gün səhər gimnastikası, idman viktorinaları, qol güləşi, estafet yarışları, esse və rəsm müsabiqəsi baş tutacaqdır.