31 Dekabr Həmrəylik Günüdür

Binəqədi rayonu Q.Baxşıyev adına 179 №li tam orta məktəbdə 27 dekabr 2016-cı il tarixində məktəbin 5a, 6r və 10c sinif şagirdləri “Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il” bayramına həsr olunmuş tədbir keçirdilər. Bu tədbiri həmin siniflərdə dərs keçən ana dili - ədəbiyyat müəllimi Söhbətova Könül, kitabxanaçılar Salamova Kəmalə və Əliyeva İradə təşkil etdilər. Bayram əhval – ruhiyyəsində təşkil olunmuş tədbiri Təhsil İnstitutunun şöbə müdiri İlham Hüseynov, 312 №li məktəbin direktoru Hacıyeva Xatirə və məktəbimizin direktoru Almaz İsmayılova şagirdlərin çıxışlarını yüksək qiymətləndirdilər. Tədbirdə Azərbaycanı, vətəni, torpağı əks etdirən mahnılar oxundu, şeirlər söylənildi. Özünü Azərbaycana, xalqının inkişafına həsr etmiş Hacı Zeynalabdin Tağıyevin 100 illik müqaviləsini əks etdirən səhnə, Azərbaycanın ən qiymətli sərvəti olan Azərbaycan dilinə həsr olunmuş səhnələr çox yaxşı təşkil olunmuşdu. İştrakçılar qarşıdan gələn 2017 – ci il münasibəti ilə hamını təbrik etdilər. Sonda 2016-cı ilin multikulturalizm ili elan olunduğu nəzərə çatdırıldı və müxtəlif xalqların rəqsləri şagirdlərin ifasında göstərildi. Tədbir çox şən və maraqlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi