Ana dili aylığında xüsusi dərslər
Məktəbdə Ana dili aylığı çərçivəsində müxtəlif silsilə tədbirlər keçirilir. Bülletenlər hazırlanıb, xüsusi dərslər keçirilib. VI siniflərdə Ana dili dərslərində “Orxon-Yenisey” kitabələri mözvusunda geniş müzakirə aparılıb. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Nəzərova dil və yazının tarixi inkişaf mərhələlərindən bəhs edən yazı nümunələrinə aid videosujetlər göstərmiş, şagirdlərlə maraqlı müzakirələr aparmışdır. Qədim türk əlifbası ilə yazılan mətnlər şagirdlərin böyük marağına səbəb olmuşdur.