Şagirdlər ixtisas seçimi ilə bağlı maarifləndirilir
16.02.2023-cü il tarixində abituriyentlərin maarifləndirilməsi istiqamətində Təhsil Tələbə Krediti Fondunun əməkdaşlarının X-XI sinif şagirdləri ilə görüşü təşkil olunmuşdur. Görüşdə Dövlət Məşğulluq Agentliyi, Mərkəzi Karyera filialının Karyera Planlaması şöbəsinin aparıcı mütəxəssisi Ülviyyə Rüstəmli və Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Ağca Məmmədova karyera və düzgün ixtisas seçimi haqqında şagirdlərə məlumat verdilər. Sonda Şagirdləri maraqlandıran suallar cavablandırıldı.