Nümunəvi STEAM dərsi
Məktəbin STEAM müəllimləri Nuridə Hüseynli və Günay Dadaşova 7 “Ə” sinfində Naqillərin xassələri: Ardıcıl və paralel birləşmə mövzusunda nümunəvi dərs keçiriblər. Dərs zamanı şagirdlər praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqinə yiyələniblər. Dərs prosesi məktəb rəhbərliyi tərəfindən izlənilib.