"Meyvələrin Söhbəti"
14.02.2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimləri Yaqut Məsimova və Ülviyyə İsmayılovanın təşkilatçılığı ilə 1 “P” sinfində “Meyvələrin Söhbəti” adlı xüsusi dərs keçirilib. Şagirdlər alma, armud, heyva, nar, alça, gilas, xurma və s obrazlarla çıxış edərək meyvələrin söhbət və bəhsini bədii ifadə vasitələrindən istifadə edərək göstəriblər. Şagirdlər Məhəmməd Füzulinin “Meyvələrin Söhbəti” nağılına müraciət etməklə hər bir meyvəyə uyğun xüsusi paltarlar geyərək öz sözlərini şeirlə ifadə ediblər.