"İnternet əsri olsa da, internetin əsiri olma! "
Məktəbin psixoloqu Könül Qalamova VII sinif şagirdlərinin iştirakı ilə “İnternet əsri olsa da, internetin əsiri olma” mövzusunda psixoprofilaktik iş aparıb. Profilaktik iş zamanı internet-asılılığının 5 tipini, asılılığın psixoloji xuıüsusiyyətlərini və yarada biləcək nəticələri haqqında məlumat verilib. Daha sonra şagirdləri zərərli informasiyadan qorumaq məqsədilə sosial şəbəkələrdən istifadə zamanı nələrə diqqət etməyin vacib olduğu qeyd edilib. Sonda mövzu ilə bağlı təqdimat nümayiş etdirilib, şagirdləri maraqlandıran suallar psixoloq tərəfindən cavablandırılıb.