Balaxanı Sənaye Parkına ekskursiya
VI qrant müsabiqəsi çərçivəsində "Müasir Cəmiyyətdə Eko Mədəniyyət Amili" layihəsinin qalibi məktəbin biologiya müəllimi Aytəkin Namazova sinif rəhbəri olduğu 9 "A" sinif şagirdləri ilə layihənin davamı olaraq Balaxanı Sənaye Parkına ekskursiya edib. Şagirdlər ölkəmizdə "yaşıl iqtisadiyyat" ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə yaxından tanış olublar. Ekskursiya zamanı mühərrik yağların, tullantı plastik butulkaların, kağız-karton məmulatların tullantı plastik materialların, süngər tullantılarının təkrar emal prosesi haqqında şagirdlərə geniş məlumat verilib.