Sinif rəhbərləri ilə kommunikativ işin təşkili
31. 01. 2023-cü il tarixində Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə "Sinif rəhbərləri ilə kommunikativ işin təşkili" mövzusunda iclas keçirildi. İclası giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun böyük məsləhətçisi, məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Hətəmov məktəbdəki ümumi vəziyyət haqqında məlumat verdi. İclasda direktor müavinləri və psixoloqlar da iştirak etdilər. İclasın gündəliyində üç məsələ var idi.
1. 9-cu siniflərin buraxılış imtahanı ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi
2.Təlim- Tərbiyə prosesinin vəziyyəti, şagirdlərin uğur və nöqsanları barədə məlumat vermək
3. Məktəb avadanlıqlarının qorunması barədə söhbət.
Sonda müəllimlərin suaları cavablandırıldı.