Birincilərlə kitab müzakirəsi
1-ci siniflərdə oxu bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məktəbin 1"A" sinfində oxu müzakirəsi təşkil olunub. 1"A" sinif rəhbəri Arzu Əliyevanın təşkilatçılığı ilə keçirilən müzakirə nağıl kitabları əsasında şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir. Müzakirə zamanı şagirdlərə nağıllar haqqında suallar verilmiş, onlar isə oxuduqları nağıllar haqqında fikirlərini söyləmişlər.