Faciənin 33- cü ildönümü şagirdlərin gözü ilə
17-19 yanvar tarixlərində məktəbin 5-11-ci sinif şagirdlərinin əl işlərindən ibarət “20 Yanvar şagirdlərin gözü ilə” adlı sərgi təşkil olunub. Onlarla rəsm nümunəsinin nümayiş olunduğu sərgi 20 Yanvar faciəsinin şagirdlərin baxış bucağından əksi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məktəbin təsviri incəsənət müəllimi Nərgiz Məmmədovanın təşkilatçılığı ilə keçirilən sərgidəki rəsmlər həmin gecənin boyalarla əksi təsiri bağışlayırdı.Şəhidlərin xatirəsini əbədiləşdirmək, qanlı gecənin 33-cü il dönümünün yad edilməsi məqsədilə təşkil olunmuş sərgi şagird və müəllim kolllektivi tərəfindən maraq və rəğbətlə qarşılandı.