I yarımil üzrə BSQ keçirilib
Məktəbdə 2022-2023-cü tədris ilinin I yarımili üzrə Azərbaycan və rus bölmələri üzrə Böyük Summativ Qiymətləndirilmə keçirilib. Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət komissiya təşkil edilib. Qeyd edək ki, BSQ I yarım ili ərzində mənimsənilən materiallara dair tərtib olunmuş suallar əsasında keçirilib. İmtahan yekunlaşdıqdan sonra şagirdlərin test cavabları komissiya üzvləri tərəfindən yoxlanılaraq qiymətləndirilib.